Naxçıvanda qəza baş verib - xəsarət alanlar var

15:02 25.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "Changan" markalı yük avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Mustafayev Xəyal Vahid oğlu, 1964-cü il təvəllüdlü Rəcəbov Möhbalı Rəcəb oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Miradəm Mirdamət oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.